Zas İrəvanda: Səkkiz kəndimiz qaytarılır?- "Konkret anlaşma..."
Banuçiçək Kalbalıyeva
10:09 09.08.2021
Siyasət
612
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Baş nazir Nikol Paşinyan Zası qəbul edəcək. KTMT-nin baş katibi Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri, habelə Təhlükəsizlik Şurasında bir sıra görüşlər keçiriləcək.
Səfər sabah başa çatacaq.
“Sherg.az” olaraq Zasın ilin-ayın bu çağında İrəvana səfərini politoloq Natiq Miri ilə müzakirə etdik:
- Sizcə, KTMT-nin baş katibi nə məqsədlə düşmən ölkəyə gedir?
- KTMT-nin əsas gərginlik çərçivəsi Əfqanıstanda və Cənubi Qafqazdadır. İndiki gərgin məqamda onun səfəri təəccüblü deyil. Əlbəttə, qarşılıqlı münasibətlər barədə də danışılacaq. Belə ki, KTMT rəhbərliyinin Ermənistanla bağlı şübhələri var. Son vaxtlar sözügedən qurum aşağılanır. Paşinyan daxildə KTMT-nin Ermənistanı satmasına dair rəy yaradır. Üstəgəl, nəzərə almaq lazımdır ki, Paşinyanın KTMT-nin qoşunlarını sərhəddə yerləşdirməsi ilə bağlı rəsmi müraciəti var. Əlbəttə, bu məsələ də görüşdə müzakirə ediləcək.
- Yeri gəlmişkən, rus hərbçilərinin Qazağa yerləşməsi ilə bağlı nə düşünürsünüz?
- Sözügedən proses faktiki olaraq gedir. Ortada konkret anlaşma və geosiyasi niyyət var. Bunun nə ilə nəticələnəcəyini indidən demək çətindir. Ermənistan müxalifəti Qazağın yeddi kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edildiyini deyir. Fəqət, biz bunun nə qədər doğru olduğunu gələcəkdə görəcəyik. Yəni rus qoşunlarınn Qazağa yerləşməsi Azərbaycanın maraqlarına nə qədər uyğundursa, bir o qədər də təhlükəli ola bilər.
- Təhlükə nədən ibarətdir?
- Bu, kəndlərin bizə qaytarılmasından ötrü deyilsə, Azərbaycan üçün arzuolunmaz vəziyyət yaranacaq. Rusiyanın aqressiv siyasəti hər kəsə məlumdur. Gələcəkdə proseslər Bakı ilə Moskva arasında toqquşmalara da gətirib çıxara bilər. Hələlik Azərbaycan XİN baş verənlərə birmənalı aydınlıq gətirmir.
- Əgər belədirsə, kəndlərin qaytarılması məsələsi necə olacaq?
- Ümid edək ki, səfər əleyhimizə deyil. Əvvəlcə Paşinyanın, sonra isə Prezident İlham Əliyevin Moskvaya səfəri onu deməyə əsas verir ki, tərəflər arasında üçtərəfli razılıq əldə olunub. Fikrimcə, sərhədlərin müəyyənləşdirilməsi zamanı səkkiz kəndimiz geri veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə Ebolaya yoluxanların sayı 450-ni keçdi
19:41 06.06.2026
Dünya
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı
19:12 06.06.2026
Futbol
Rusiyaya qarşı 32 min sanksiya tətbiq olunub
18:48 06.06.2026
Region
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə