Zaxarova: “Üçtərəfli razılaşmalar nizamlanma prosesinin əsası olaraq qalmaqdadır” - VİDEO
Yusif Nəzərli
13:28 15.09.2022
Siyasət
477
“Mövcud eskalasiya və gərginliyə baxmayaraq, Azərbaycanla Ermənistanla arasında sülh müqaviləsinin hazırlanması istiqamətində işlər dayandırılmayıb”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə News.ru portalının jurnalistinin ünvanladığı suala cavabında deyib.
Diplomat əlavə edib ki, Rusiya tərəfi lazımi yardımı göstərir və müvafiq səylər davam etdiriləcək:
“Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda və İrəvanda səfərdə olub. Hər iki paytaxtda danışıqların əsas mövzusu sülh sazişinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırıq və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
M.Zaxarova vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar nizamlanma prosesinin əsası olaraq qalmaqdadır.
“Biz tərəfləri təmkinli olmağa, bütün problemləri siyasi və diplomatik vasitələrlə, o cümlədən Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll etməyə çağırırıq”, - deyə Mariya Zaxarova vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya