Zelenski və Koşta Avropa Şurasının iclasının nəticələrini müzakirə edib
15:45 19.08.2025
Siyasət
411
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının (AŞ) sədri Antoniu Koşta AŞ iclasının nəticələrini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında məlumat yayıb.
“Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə danışdım. O, indicə avropalı həmkarlar və ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda apardığımız danışıqların nəticələrinə həsr olunmuş Avropa Şurasının iclasını keçirib. Biz bu müharibəyə son qoymaq, Ukrayna və bütün Avropa üçün təhlükəsizliyi təmin etmək məqsədilə mühüm addım atdıq. Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları bütün tərəfdaşların birgə fəaliyyətinin və ilk növbədə müstəqilliyimizi müdafiə edən Ukrayna cəsarətinin əsas nailiyyətidir”, - o yazıb.
Tərəflər həmçinin Avropa İttifaqı tərəfindən yeni, 19-cu anti-Rusiya sanksiyalar paketinin hazırlanmasını müzakirə ediblər. Zelenski qeyd edib ki, Moskva müharibəni bitirmək üçün real addımlar atana qədər ona təzyiqlər davam etməlidir. Söhbətdə Ukraynanın Aİ-yə üzvlüyü istiqamətində irəliləyişi və bu prosesdə ittifaqın bütün 27 ölkəsinin birliyinin vacibliyi məsələsinə xüsusi diqqət yetirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial