Zelenski və Tramp Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə edib - YENİLƏNİB
14:01 11.10.2025
Siyasət
396
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.
APA-nın xəbərinə görə, bu barədə Volodimir Zelenski “Telegram” hesabında paylaşım edib.
Ukrayna Prezidenti qeyd edib ki, söhbət zamanı əsas müzakirə mövzularından biri Yaxın Şərqdəki vəziyyət olub: “Prezident Trampı Yaxın Şərq üçün əldə etdiyi real uğura və razılaşmaya görə təbrik etdim. Əgər həmin bölgədə müharibəni dayandırmaq mümkündürsə, deməli, digər müharibələr, o cümlədən Rusiyanın müharibəsi də dayandırıla bilər”.
Zelenski əlavə edib ki, söhbət zamanı Ukraynadakı vəziyyət, xüsusilə Rusiyanın ölkənin enerji infrastrukturlarına zərbələri də müzakirə olunub: “Bizim hava hücumundan müdafiə sistemlərimizin gücləndirilməsi məsələsi də müzakirə olundu. Bu istiqamətdə yaxşı variantlar və güclü ideyalar var. Rusların real diplomatiyada iştirak etməyə hazır olması vacibdir. Güc vasitəsilə bunu təmin etmək mümkündür. Təşəkkür edirəm, cənab Prezident!”.
***
16.52
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparır.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.
“Zelenski hazırda Prezident Tramp ilə danışır”, – Andrey Yermak deyib.
O, iki liderin müzakirə etdiyi mövzular barədə ətraflı məlumat verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya