Zəng sadə təbrik deyil: Moskva-Bakı gərginliyi yumşalır
05:33 08.10.2025
Siyasət
414
Liderlərin telefon dialoqu nümunəvi qonşuluq siqnalıdır
Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya rəhbəri Vladimir Putinə zəng edib. Dövlət başçısı rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib. Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb: "Həqiqətən telefon zəngi olub. Bu, vacibdir. Prezident Əliyev Prezident Putini ad günü münasibətilə təbrik edib. Hələlik bu günə bunu deyə bilərəm".
Azərbaycan liderinin məlum gərginlikdən sonra Kreml rəhbərinə zəng edərək belə bir jest göstərməsini Sherg.az-a dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərli deyib ki, Azərbaycan və Rusiya liderləri arasında müəyyən əlamətdar günlərdə təbrik zəngləri ənənəvi xarakter daşıyır. Siyasi şərhçi vurğulayıb ki, lakin hazırkı geosiyasi vəziyyətdə - Bakı ilə Moskva arasında müşahidə olunan gərginlik fonunda, belə bir zəng heç şübhəsiz ki, xüsusi diqqət çəkir:
"Bu, sıradan ad günü təbriki kimi deyil, həm də iki dövlət arasında münasibətlərin yumşalmasına doğru bir addım sayıla bilər. Məlum təyyarə hadisəsindən sonra Rusiyanın yarıtmaz siyasəti səbəbindən münasibətlərdə gərginlik yarandı. Bu məsələdə nə normal şəkildə üzrxahlıq oldu, nə də kompensasiya ödənildi. Ardınca Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları baş verdi, bu, gərginliyi daha da artırdı. Ancaq Azərbaycan cəmiyyəti heç vaxt Rusiya ilə münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. Azərbaycanın Rusiya ilə əlaqələri tamamilə kəsməsi və ya münasibətləri artan gərginlik üzərində yürütməsi maraqlarımıza uyğun deyil. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin Putinə zəngi nə güzəştin, nə də yumşalmanın göstəricisi sayılmalıdır. Bu, Azərbaycanın öz regional dövlət maraqlarına uyğun olaraq qarşı tərəfi bir daha təmkinli və mehriban qonşuluq münasibətlərinə dəvət etmək təzahürüdür. İndi gözlənilən Kremlin buna adekvat cavabıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media