Zəngəzur dəhlizi üzərində Rusiya və İranın təzyiqləri qalır - ŞƏRH
06:28 03.10.2025
Siyasət
325
Ermənistanı indiki ağır durumdan xilas edəcək ölkə Azərbaycan və Türkiyədir
İrəvan Konstitusiyasında ərazi iddialarına son verməsə, növbəti uçurum qarşıdadır
Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı bəyan edib ki, ölkəsinin konstitusiyasını Azərbaycanın tələbinə görə dəyişmirlər. O, bu mövzunu hələ 2018-ci ildə proqramlarına daxil edib. Qeyd edək ki, Paşinyanın sözlərini Ermənistan Konstitusiya İslahatları Şurasının üzvü Artur Sakunts da təsdiqləyib. O bildirib ki, ölkəsinin "Müstəqillik Bəyannaməsi"nin konstitusiyadan çıxarılması müzakirə olunmur:
"Konstitusiya dəyişikliyi ilə Müstəqillik Bəyannaməsi arasında heç bir əlaqə görmürəm. Bunlar xarici siyasi proseslərdir". Erməni mütəxəssis deyib ki, Ermənistanın yeni konstitusiyanın tam mətni hazır deyil: "Biz şura üzvü olaraq sahələr üzrə hərəkət edirik". Son zamanlar Ermənistanın bəzi davranışları sülhdən yayınmaq üçün cəhd kimi diqqəti çəkir. Rəsmi İrəvan daha çox prosesdən yan keçərək, imitasiya yaratmaqla məşğuldur.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistanda vəziyyət kifayət qədər mürəkkəbdir. Deputatın sözlərinə görə, hazırda ölkə seçkiyə gedir və daxildən və xaricdən ölkəni qarışdırmağa çalışırlar:
"Bu mənada bugünlərdə Nikol Paşinyan öz açıqlamalarında bəzi məsələləri nəzərə alır və daxili ictimai rəyi düşünür. Çünki müxalifət hələ də Paşinyanı "satqınçılıqda" ittiham edir. O baxımdan Paşinyanın zaman-zaman bu cür açıqlamalarının şahidi ola bilərik. ABŞ-də imzalanan sənədlər, anlaşmalar bizdə nə qədər xoş qarşılandısa, Ermənistanda birmənalı qarşılanmadı. Ermənistanda 8 avqust görüşləri və anlaşmaları ilə bağlı ciddi müzakirələr getdi, bu gün də getməkdədir. Digər yandan, region dövlətlərinin hamısının Zəngəzur dəhlizinin açılması ilə bağlı fərqli yanaşmaları var. Rusiya və İrandan Ermənistana ciddi təzyiqlər edilir. Rusiya birmənalı şəkildə dəhlizin ABŞ-nin iştirakı ilə açılmasının qəti əleyhinədir. İran da fərqli yanaşma ortaya qoyur".
Parlament üzvü qeyd edib ki, Avropa dövlətlərinin Azərbaycanın apardığı siyasətə yanaşması heç də birmənalı deyil:
"Fransa prosesdən tamam uzaqlaşdırılsa da, Paris hələ də köhnə ampluasındadır. Paşinyanın Strasburqda da fərqli bəyanatlar səsləndirməsi bununla bağlıdır. Amma Ermənistan hökuməti heç zaman Konstitusiya dəyişikliyindən imtina edə bilməz. Bunu edərsə, Ermənistan özünü növbəti dəfə uçuruma yuvarlayacaq. İrəvan Bakı ilə yekun sülhə imza atmaq və Türkiyə ilə münasibətlərini normallaşdırmaq, sərhədləri açmaq istəyirsə, mütləq şəkildə Konstitusiyadakı ərazi iddialarına son verməlidir. Ermənistanı indiki ağır durumdan xilas edəcək ölkə Azərbaycan və Türkiyədir. Yenə deyirəm, Paşinyan seçki öncəsi öz havadarlarına hansısa mesajlar verməklə məşğuldur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm