Zərifin Bakı səfəri: “Prosesə müdaxilə etmək niyyətindədirlər”
Banuçiçək Kalbalıyeva
11:15 20.11.2020
Siyasət
751
“Beləliklə, həm mövcud situasiyadan mümkün qədər yararlanmaq, həm də özünü Qarabağdan gələ biləcək təhlükələrdən sığortalamaq istəyir”
“Eyni zamanda, ola bilsin, cənub qonşumuz Suriyadakı Türkiyə, Rusiya, İran əməkdaşlığnı Azərbaycan üçün də tətbiq etməyi planlayır”
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb. "Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək". S.Xətibzadə bildirib ki, Dağlıq Qarabağ və bölgədə baş verən proseslər Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlar mövzusudur.
Politoloq Sədrəddin Soltan səfərin mahiyyətini “Sherg.az”a şərh edib. O, İranın məqsədinin məsələyə qarışmaq olduğunu düşünür:
“Məhəmməd Cavad Zərif bu günlərdə, əvvəlcə, Rusiyaya gedəcək. Lavrovla Qarabağ məsələlələri haqqında danışılacaq. Bölgə dövlətləri, yəni Azərbaycan, Rusiya, İran və Ermənistan regional əməkdaşlığı, həmçinin Qarabağın bu günü və perspektivi barədə müzakirələr aparmaqdadırlar. İran ərazilərin azad olunması prosesində geri qaldı.
Ona görə Azərbaycanı və Türkiyəni ləkələməyə başladı. Sonradan bu səhvini yumaq üçün cəhdləri də nəticəsiz qaldı. Rəsmi Tehran növbəti mərhələdə proseslərə müdaxilə etmək niyyətindədir.
Beləliklə, həm mövcud situasiyadan mümkün qədər yararlanmaq, həm də özünü Qarabağdan gələ biləcək təhlükələrdən sığortalamaq istəyir.
Eyni zamanda, ola bilsin, cənub qonşumuz Suriyadakı Türkiyə, Rusiya, İran əməkdaşlığnı Azərbaycan üçün də tətbiq etməyi planlayır.
Yəni dediyim kimi, görüşün əsas mövzusu regiondakı durum, o cümlədən Qarabağ və İdlib problemi olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm