Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə yeni təyinat olub.
Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdir müavini Əliyev Coşqun Vidadi oğlu Quba – Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev öz ərizəsi əsasında vəzifəsindən azad olunub. Buna səbəb onun 9-cu sinif şagirdini döyməkdə ittiham olunması idi.
Həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Mehdiyev Bəhruz Yusif oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası regional idarənin müdir müavini Mahmudova Günay Rasim qızına həvalə edilib.