Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılıb

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır.
Qeyd edək ki, əvvəl bu müddət 2024-ci il yanvarın 1-dək müəyyən edilmişdi.