Ötən il DMA tərəfindən 118 mindən çox şəxs işlə təmin edilib

Dövlət Məşğulluğu Agentliyi tərəfindən 2023-cü ildə 118 398 nəfər işlə təmin olunub.
Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, əvvəlki rəqəmlərlə müqayisədə record göstəricidir.

Agentlik sədri deyib ki, 5628 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

O, həmçinin qeyd edib ki, 1198 nəfər sosial iş yerlərinə işə qəbul olunub (birgə maliyyələşmə), 2751 nəfər isə kvota üzrə işlə təmin edilib.