Bakı şəhər prokuroruna böyük köməkçi təyin olunub

Bakı şəhər prokuroruna böyük köməkçi təyin olunub.
Baş prokuror Kamran Əliyevin əmri ilə Xızı rayon prokuroru Rahim Səfəralıyev tutduğu vəzifədən azad olunaraq Bakı şəhər prokurorunun böyük köməkçisi təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər.

Qeyd edək ki, bi qədər əvvəl Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Xızı rayon prokuroru vəzifəsinin icrası Xəyalə Aslanovaya həvalə edilib.