Azərbaycanda tələbə intihar edib. Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb. Tələbə yoldaşlarının bildirdiyinə görə, R.Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qaib limitinə düşdüyü üçün imtahana buraxılmayıb.
İntiharın ilkin ehtimalı kimi bu iddia səsləndirilsə də, məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.
Qobustan rayonunun Sündü kənd sakini olan tələbənin həyatına qəsd etməsi ilə bağlı araşdırma aparılır.
Bədbəxt hadisə ilə bağlı "Sherg.az"a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, heç bir halda intihar çıxış yolu deyil :
"Təhsil sahəsində insanları maraqlandıran bu hadisə onları həyəcanlandırmalı və narahat etməlidir. Çünki təhsilin gəldiyi nöqtə bizim həyatımıza işıq salmalıdır. Əslində ali təhsil sistemi tələbələrin dərs yükü ilə bağlı məsələləyə baxmalıdır. İntihar heç vaxt birinci addım olmur. Bu dövrə qədər xəbardaredici kiçik addımlar atılır. Ancaq kimsə bunu ciddiyə almır. İntihar edən tələbənin həyatına nəzər salsaq görərik ki, onun qayıb limitinə düşməsi və imtahana buraxılmaması intihar cəhdinə səbəb verə bilər, nəinki imtahandan kəsilməsi məsələsi. Bu heç də məntiqli görünmür ".
Ekspert vurğulayıb ki, bu tərz xəbər başlıqları kəsri olan tələbələrin intihar etmək riskini artırır:
"Xüsusi ilə abutiriyyentlərin və magistraturaya hazırlaşan tələbərin imtahanlarının yaxınlaşdığı dövrdə başlıqları seçərkən diqqətli olmalıyıq. Ailələr övladlarının emosional durumlarını daha doğru müşahidə etməlidirlər. Təəssüf ki, intihar geri dönüşü olmayan bir yoldur".