Varlı, kasıb... -Üz cizgiləri bəlli edir

Alimlərin yeni tədqiqatı üz cizgilərinin insanın varlı və ya kasıb olmasını əks etdirməsiylə bağlıdır. Tədqiqatçılar hesab edir ki, üz cizgiləri sayəsində insanın hansı təbəqəyə mənsubluğunu müəyyənləşdirmək mümkündür.  
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, belə bir tədqiqata Şotlandiyanın Glasgov Universitetinin əməkdaşları imza atıb. Tədqiqatçılar insanın varlı və ya kasiıb olmasını bildirən üz cizgilərini müəyyən ediblər. Tədqiqatın nəticələrinə görə, yığcam üz quruluşuna və açıq rəngli dəriyə malik insanlar arasında zənginlər daha çoxdur. Həmçinin qaşların yuxarı qalxması, gözlərinsə bir-birinə yaxın yerləşməsi də zənginlik əlaməti sayılır. Bu tədqiqat barədə elmi jurnal “APA Journal of Experimental Psychology” məqalə yayımlanıb. Geniş və düz üz xətlərinə malik  insanlar isə yoxsul olur. Soyuq dəri rəngi də yoxsulluq əlaməti hesab edilir. Tədqiqat zamanı dünyada varlı insanlar kimi tanınan Mark Zuckerberg və Jeff Bezosun üz cizgilərinə də istinad edilib. M.Zuckerberg dar üz quruluşuna, Bezos isə isti və canlı görünən dəri rənginə malikdir. Professor R.Thora Bjornsdottir isə tədqiqata qatılan insanların daha çox Qərb ölkələrinin sakinləri olduğuna diqqət çəkərək bu təcrübəyə əsaslanmağı doğru hesab etmir: “Bu cür tədqiqatlar insanları çaşdırır. Kimin üçünsə avantaj, başqa birisi üçün dezavantaj ola bilər. Yalnız bir coğrafiyanın insanları üzərində tədqiqat aparmaqla insanlar barədə rəy vermək düzgün deyil”.