Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V massivi, Bina 13M binasının ön və sağ tərəfində sürüşmə hadisəsinin baş verdiyi və sürüşmənin hər gün daha da aktivləşməsinə dair həmin ünvanda yaşayan sakinlər tərəfindən redaksiyamıza müraciət daxil olub.
Sakinlər APA-ya bildirib ki, ətrafda çoxlu sayda böyük çökəkliklər və qırılmalar baş verib, bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini vurğulayıblar.
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirib ki, son günlər Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi 13 M ünvanda yerləşən çoxmərtəbəli binanın yerləşdiyi ərazidə müşahidə olunan mühəndis-geoloji vəziyyətlə əlaqədar vətəndaş müraciətlərinə (4 fərdi müraciət) əsasən, Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazilərə baxış keçirilib, yaranmış vəziyyət qiymətləndirilib.
![](https://apa.az/storage/news/2024/february/09/big/65c5d5ed310fc65c5d5ed310fd170746417265c5d5ed310f965c5d5ed310fb.jpg)
![](https://apa.az/storage/news/2024/february/09/big/65c5d5ed940e365c5d5ed940e4170746417265c5d5ed940e065c5d5ed940e1.jpg)
![](https://apa.az/storage/news/2024/february/09/big/65c5d5ee0fcca65c5d5ee0fccb170746417265c5d5ee0fcc765c5d5ee0fcc8.jpg)
![](https://apa.az/storage/news/2024/february/09/big/65c5d5ee1fff865c5d5ee1fff9170746417265c5d5ee1fff565c5d5ee1fff6.jpg)