Ailə sütunları: Uğurlu münasibətin sirri nədir?

Münasibətlərin rahat, hamar və sakit olması hamının arzusudur.                                                            
“Medicina” xəbər verir ki, mütəxəssislər ailədaxili mübahisələrin dağıdıcı yox, əslində faydalı ola biləcəyini açıqlayıb. Psixoloq Olqa Romaniv heç dava etməyən cütlüklərin heç də ideal olmadığını bildirib. “Əksinə biz psixoloqlar o zaman narahat ola bilərik ki, 2 müxtəlif şəxsiyyətin heç fikir ayrlığı yoxdur. Əgər aildə, ikili arasında konflik yoxdursa, deməli, artıq yolun sonuna gəliblər, ya da digərinin nə etdiyi, həyatı o birinə maraqlı deyil".

Mövzuya  münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova isə "Sherg.az"a bildirib ki, psixoloqlar xoşbəxt ailələrin sirrini onlar arasında yaranan dava ilə əlaqələndirmirlər:

"Uğurlu münasibətdə əsas nüans evlilikdəki problemi qısa zamanda həll etmək və küsülü qalmamaqdan ibarətdir. Əsasən də tərəflər içindəki sözləri qəlb qırmadan, normal şəkildə söyləməlidirlər. Yəni, ailələrarası problemlərin başlıca səbəbi mübahisələrin yaradıcı deyil, dağıdıcı olmasıdır. Əgər ailədə hansısa bir mübahisə yaranırsa və bu istiqamətdə də məsələni müzakirə edərək həll olunması üçün addım atılırsa, demək ki, münasibət güclü sütunlar üzərində qurulub. Əksinə, xırda problemə görə qadın ata evinə gedib, kişi isə evdən qaçırsa, buradan normal ailədən söhbət belə gedə bilməz".