İqtisadçı: Yanvar ayından həmin şəxslər təqaüd alacaqlar

Bu ilin yanvar-oktyabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a verilən məlumata görə, onların 68,53%-ni kişilər, 31,47%-ni isə qadınlar təşkil edib.
 
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert, Natiq Cəfərli bildirib ki, əgər pensiya təyin olunubsa, əlbəttə ki, veriləcək:

“Hansı kriteriyalarla və necə təyin edildiyini nazirlik və Sosial Müdafiə Nazirliyi açıqlayaraq ictimaiyyətə məlumat verməlidir. Necə təyin olunmasına dair açıqlamalara ehtiyac var. Belə bir qərar varsa, artıq yanvar ayından həmin şəxslər təqaüd alacaqlar”.

İqtisadçı -ekspert Eyyub Kərimli isə bildirib ki, Azərbaycanda üç növ pensiya mövcuddur:

“Ailə başçısını itirməsi, əlillik və yaşa görə pensiya təyin olunur. Sözsüz ki, bir ayda 31 min nəfərə pensiya təyin olunubsa, sənədləri qaydasındadırsa, o zaman həmin şəxslər pensiya alacaq”.