Qızıl əmzik: Xalq adını verdi - görməmişlik

“Mənəviyyatın, elmin, təhsilin, mədəniyyətin arxa plana keçdiyi cəmiyyətlər çox qorxuludur və hamı üçün hər an təhlükə var”


  Qızıl əmzikli körpə sosial şəbəkələrdə “aranı qatıb”.  Sosioloq Lalə Mehralı fotoya belə rəy yazıb: - El arasında bir məsəl var. Birinin anadangəlmə şanslı olduğunu köhnə nəsil belə ifadə edir: "ağzında qızıl əmziklə doğulub". Bu da o mübarək zat!
Paylaşıma yazılan rəylərdə isə qadının bu hərəkəti kəskin tənqid edilib, hətta təhqiredici ifadələrə də yer verilib. Bəzilərini təqdim edirik:      
Rahid Hüseyn - Məncə, bu, görməmişliyin pik həddidi. Biz sanki sevinəndə də, şadlananda da normal sevinmə mədəniyyətimiz yoxdur. O qızıl əmziyi maksimum 100-200 manata da etdirmək mümkündür ki, bunu istənilən orta qazancı olan ailə edə bilər. O uşağın doğulmasına sevinci 2 ailənin evində 1 quru çörəyə möhtac uşaqları sevindirərək qeyd etmək daha gözəl olar. Mən şəxsən belə düşünürəm!
Elmar Musayev - Görməmişlik.
Akşin Xəyal - O qədər belə qızıl əmziklə doğulub acından ölənlər var ki. Hacı Zeynalabdin daxil bir çox Bakı milyonçularının uşaqları da qızıl əmziklə doğulub, acından öldülər.
Nigar Məmmədova - Görünür ki, qızıla meyillilik genetikalarında var. Nənəsinin də ağzı MUM-un birinci mərtəbəsinə oxşayır.
Arzu Məşədiyeva – Nənənin bir əlində olan üzükləri satsaq, rahat ikiotaqlı mənzil almaq olar. Bu üzüklərin modeli nə Azərbaycana aiddir, nə də müsəlman ölkələrindən birinə. Bunlar səhv etmirəmsə, qızılı  bizdən daha cox sevən hansısa qaraçı qəbiləsidir. Onlar şan-şöhrəti və qızılı adi aksesuar kimi belə  sevənlərdir.
Rövşən Rəsulov - Bunlar Rostov romanlarıdırlar. 
Mətanət Məmmədova - Hər kimdilər, uşağa qızıl əmzik vermək nə dərəcədə düzdür?
Emil Maqalov – Allah saxlasın. Var, edirlər də… 
Fərqanə İsmayılova - Avropada beləsinə “ağzında gümüş qaşıqla doğulub”, deyirlər. 
Şəhla Kamal - Elə nənənin elə də nəvəsi olar. 
Nailə Məhərrəmova - Elə belələrinin tərbiyə etdiyi oğullar sonra “əhmədlərə” çevrilir… 
Fəxriyyə Abdullayeva - Nənənin üstü qızıl mədənidir, nəvənin ağzında "prostoy" əmzik olası deyil ki!
Fəridə Aslanova Rüstəmova - Necə şirindi uşaq. Amma qızıl xoşbəxtlik deyil...
Rumiyyə Miraslan - Qadın da sanki lombarddır. Ağzı, boynu, barmaqları…
Mirzə Elxanoğlu - Görməmişin oğlu oldu, heç kim inanmadı.
Dilşad Xaqaniqızı Yusifova - Qızıl sevən görmüşdüm, daha beləsini yox.
Rəhilə Misirxanova İsmayıl qızı - Əmziyi qızıl yox eyy, tərbiyəsi, başı və qisməti qızıldan olsun.
  
Sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında bu və buna bənzər davranışların meşşanlıq olduğunu dedi: 

- Qadın kimdir, qucağında öz nəvəsidir, ya başqa birisinin körpəsi, roman tayfasıdır, hansı xalqa, millətə mənsubdur, fərq etmir. Bu fotonun bir adı var, o da meşşanlıqdır. Bəli, təəssüf ki, dünyada belə düşüncə tərzinə malik insanlar var. O cümlədən də bizim ölkədə. Mən bu sözü dəfələrlə demişəm və hər dəfə də təkrarlayıram. Hansı cəmiyyətlərdə ki maddiyyat önə keçir, orada mənəviyyat ölür. Xoşbəxt o ölkələrdir ki, orada mənəviyyat hər şeydən üstündür. Və maddiyyata yalnız gündəlik yaşayışının təmin etmək üçün vəsait kimi baxırlar. Həris bir şəkildə kapital toplamırlar. Övladlarının savadlanması, ləyaqətli insan kimi yetişməsi üçün çalışırlar. Bizdə vəziyyət o qədər də fərqli deyil. Körpə dünyaya gələr-gəlməz maddiyyat önə keçir. Xüsusi törənlə körpənin xəstəxanadan, klinikadan çıxarılması ritualına hazırlıqlar başlayır. Bu mərasim üçün külli miqdarda pul xərclənir. Uşağın dünyadan xəbəri yoxdur, onun şərəfinə məclis düzəldilir, masalar bəzədilir. 40-ı çıxanda bir məclis, 1 yaşında daha böyük, təmtəraqlı məclis, restoranlarda xüsusi qeyd etmələr. Sonrakı ad günlərində də həmçinin. Bu israfçılıq uzun illər davam edir. İmkanlı valideyndirsə, uşağını “korluq çəkməyə” qoymur. Uşaq maddi çəhətdən təminatlı olur. Amma elmdən, mərifətdən kasad qalır. Bu cür meşşanlığın, övladı ərköyün, təminatlı böyütməyin hansı faciələrə gətirib çıxardığını çox görmüşük, hər kəs də görür. Amma nə edəsən ki, heç də hər kəs ibrət almır. Elə bu cür də həyatlarına davam edirlər. Mənəviyyatın, elmin, təhsilin, mədəniyyətin arxa plana keçdiyi cəmiyyətlər çox qorxuludur və hamı üçün hər an təhlükə var.