Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 1,5 dəfə artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, ötən ilin yanvar ayı ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan - 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə, İrandan - 45,8 faiz, Polşadan - 33,7 faiz, Yəməndən - 32,2 faiz, Moldovadan - 31,5 faiz, Türkiyədən - 31,0 faiz, Pakistandan - 28,3 faiz, Qətərdən - 26,8 faiz, Gürcüstandan - 24,1 faiz, Fransadan - 22,4 faiz, Ukraynadan - 21,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 20,4 faiz, Belarusdan - 18,9 faiz, ABŞ-dan - 18,7 faiz, Misirdən - 15,2 faiz, Rusiya Federasiyasından - 13,4 faiz, Almaniyadan - 13,3 faiz artıb.
2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub.