"Prezident İlham Əliyevin andiçmə mərasimində qarşıya qoyduğu bir sıra vəzifələr var. Onlardan birincisi də yeni dövrdə yeni milli ideologiya məsələsidir ".
Bu sözləri "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, ideoloji risklərin xaricdən formalaşması tendensiyası mövcuddur:
"Buna qarşı Azərbaycan ciddi şəkildə reaksiya göstərməlidir. Xalq, toplum,dövlət ideoloji risklərin ilkin xəbərdarlıq mexanizmini işə salır. Bundan sonra ölkə olaraq, ideoloji savaş açanlara qarşı paradiqmalar formalaşdırır. Bunun hədəfləri, məqsədləri və ümumi vəzifələri isə proqram xarakteri daşımalıdır. İnsan haqları, sülh və inkluzivlik məsələləri, milli ideoloji aspektlərin necə qiymətləndiriləcəyi Sosial Tədqiqatlar Mərkəzinin dəyirmi masasında müzakirə olunacaq. Bir sözlə vətən müharibəsindən sonra qalib dövlətin qarşısında dayanan ideoloji vəzifələrə nəzər salınacaq".