stintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib.
Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Məruzədə qeyd olunub ki, penitensiar müəssisələrdə müəyyən edilən əsas problemlərdən biri də sıxlıqla bağlı olub. Belə ki, 2 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1 050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1 400 nəfərin saxlandığı, 1 200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1 411 məhkumun cəza çəkdiyi müəyyən edilib.
Sual yaranır. Bəs, penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində hansı tədbirlərə ehtiyac var?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, Hesabatda qeyd olunduğu kimi, bəzi təcridxanalarda sıxlıq müşahidə olunur:
"Vəziyyətin aradan qaldırılması üçün isə müəyyən tədbirlər görülür. Bu addımlar islah prossesinə söykənir. Həmin məhkumlar vaxtından əvvəl şərti olaraq azad oluna bilər. Həmçinin, mütəmadi olaraq Prezident tərəfindən verilən əhv fərmanları nəzərə alınaraq cəzalar yüngülləşdirilsə, ombudsman tədbirləri problemin həllində böyük rol oynayacaq. Doğrudur, məhbuslara taxılan elektron qolbaqlar kimi üsullarla onların cəzaları nisbətən azaldılır. Amma məhkəmə qətnamələrində də bu nüans nəzərə alınmalıdır. Əlavə olaraq, azadlığa çıxan,islah olunmuş şəxslərlə reablitasiya dövründə danışıqlar aparılmalıdır ki, növbəti cinayyətlərdə həmin insanlar təkrar iştirak etməsinlər. Bütün bu kompleks tədbirlər sıxlığın qarşısının alınmasında köməklik göstərəcək".