Şəhid övladlarının özəl orta məktəblərdə pulsuz oxuması üçün güzəşt olmalıdır.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.
Deputat təklif edib ki, özəl orta məktəblər də bu kateqoriyaya aid edilməlidir: “Bu güzəştlərin orta məktəblərə aid edilməsi yaxşı olar. Digər tərəfdən bələdiyyənin orta və ali məktəbləri yoxdur. Bələdiyyələr illərdir yaradılıb, amma bu məktəblər yoxdur. 25 ilin içərisində bu məktəblər yaradılmış olsaydı, indiyə kimi 2 məzun buraxılışı edə bilərdilər”.
Qeyd edək ki, , Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.
Komtə sədri Bəxtiyar Əliyev Etibar Əliyevin təklifini dəstəkləyib: "Bu, köhnə redaksiyada nəzərdə tutulmişdu. Yeni redaksiyada isə yalnız özəl bələdiyyə, orta, ali təhsil müəsisələri nəzərdə tutulur".