Qoyun və quzuların rəngli görüşü

 Ana və balalar səsləri və qoxuları sayəsində bir-birlərini tapırlar

Ərzincanda 500 quzunun qoyunlarla görüşü diqqət mərkəzinə gətirilib.

Sherg.az xəbər verir ki, qoyunların quzulama mövsümünün başlaması ilə bir çox yerdə olduğu kimi Ərzincanda da rəngli görüntülər ortaya çıxıb.



 Çağlayan qəsəbəsində qoyunlarla quzular gündə iki dəfə - səhər və axşam görüşür.

Quzulayan qoyunlar bir müddət balaları ilə eyni yerdə qalırlar. Sonra quzular ayrı-ayrılıqda yerləşdirilir və gündə iki dəfə səhər və axşam anaları ilə görüşürlər.

Görüş vaxtı yaxınlaşdıqca qoyunlar bayırda, quzular isə içəridə ağlamağa başlayır. Qapı açıldıqdan sonra ana və balalar səsləri və qoxuları sayəsində bir neçə dəqiqə ərzində bir-birlərini tapırlar.