Pensiya yaşının azaldılması gənclərə stimul verərək.. -RƏY

Yoldaşı vəfat edəndən sonra evlənsə belə, uşağına baxan ata pensiyaya tez çıxa bilər.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.                                                  
 Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanına bilər.Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

Məsələ ilə bağlı Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə doktoru Mail Yaqub “Sherg.az”a bildirib ki, pensiya yaşı azaldılmalıdır:

"Azərbaycanda istər qadınların, istərsə də kişilərin pensiya yaşı çox yuxarı təyin edilib. Ona görə də dəyişikliyi məqsədəuyğun hesab etmək olar. Pensiya yaşının azaldılması gənclərə stimul verərək işlə təmin olunmalarına şərait yaradır. Həmçinin, ömrünü vətənin xidmətinə sərf edən yaşlılara  istirahət edərək sağlamlıqlarının qeydinə qalmaları üçün imkan yaradılır. Bu yenilik sosioloji və etik baxımından vacibdir".