Tanınmış fitnes müəllimi Kamil Zeynallı Kult.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
Yekəxana, özündənrazı deyiləm deyirsiniz, amma sosial şəbəkədə tez-tez adamları söydüyünüzü görürük.
– Bu, 2019-cu ilə qədər olan məsələlər idi. Düzü, mən bir az da əsəbi, səbirsiz, emosional adamam. Normal tənqid edən heç kimi söyməmişəm, kim məni təhqir edibsə, ikiqat cavabını vermişəm. Verməyim? Adam var, məndən xoşu gəlmir, girib ailəmi söyür. Xəstəsən? Ailəm sənə nə edib? Adam bu qədər əxlaqsız olar? Mən belə adamları söyməyim, nə edim? Amma daha əvvəlkitək söymürəm. Düşünürəm, cəmiyyət üçün yaxşı bir nümunəyəm, göz önündəyəm, mənə uşaqlar da baxır. İstəmirəm ki, onlar məndən pis nəsə görsünlər.
– Axrıncı dəfə yazıçı Kəramət Böyükçöl haqqında da sərt təhqirlər yazmışdınız…
– Kəramət yazıçıdır, qələmi var, getsin yazısını yazsın. Düzdür, söymüşəm onu da. Amma niyə? Mənə şər atırdı, haqqımda nəlayiq sözlər işlədirdi. Onu çox pis söydüm, sonra da peşman oldum ki, oğlu-qızı, ata-anası, dost-tanışı baxır. Yəni buna görə pis olmuşam. Daş ürəkli adam deyiləm. Amma gərək adamı o həddə çatdırmasınlar axı. Sabah üzbəüz gələ bilərik. Mənim dilim-ağzım, əlim-qolum yoxdur?
“Sherg.az” olaraq yazıçı ilə əlaqə saxlayıb məlum məsələ ilə bağlı onun da fikirlərini öyrənməyə çalışdıq. Kəramət bəy cavab verməkdən imtina etdi:
"Köhnə və mənasız bir məsələdi. Üzrlü sayın, bu barədə danışmaq istəmirəm”.