Xəzər TV bildirir ki, belə ki, boşanan kişilərin təkcə alimnet vermək yox, almaq hüquqları da var. Ekspertlərin sözlərinə görə, bu qanundan əksər vətəndaşlarımız məlumatsızdır. Çünki, Azərbaycanda alimnet dedikdə arvadın ərdən uşaq üçün tələb etdiyi məbləğ başa düşülür, amma bu belə deyil, proses bir qədər genişdir, yəni arvadla ər arasında alimentlə bağlı hüquqlar eynidir. Bundan başqa, aliment təkcə uşaq üçün ödənilmir. Arvad ərdən, ər də arvaddan aliment tələb edə bilər. Bu qanundan əksər vətəndaşlar məlumatsızdır.
Məsələ ilə bağlı danışan vəkil Elşad İsayev “Sherg.az”a söyləyib ki, Alimentin mahiyyəti əmək qabiliyyətinə malik birinin himayəsində yetkinlik yaşına çatmayan şəxsi saxlamaq öhdəliyidir:
"Aliment mütləq atadan alınmalıdır deyə, bir məhdudiyyət yoxdur. Uşaq kimin himayəsindədirsə, qarşı tərəf hər ay ödəniş etməlidir. Ancaq ölkəmizdə mentalitet cəhətdən hesab olunur ki, təkcə kişidən aliment alınmalıdır. Yadda saxlamaq lazımdır ki, ata-anadan başqa, nənə və babadan da aliment tələb oluna bilər. Məsələn, nəvə əmək qabiliyyəti olmayan nənəyə, qardaş bacıya da aliment verə bilər".