Cütlüklər arasındakı əlaqələr birdən-birə, heç nədən pozulmur. Bunun üçün mütləq əsaslı səbəblər olmalıdır. Problem bundadır ki, tərəflər çox zaman səbəbləri araşdırmır, əlamətləri isə ümumyyətlə, görməzdən gəlirlər.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, psixoloqlar münasibətlərin qırılma nöqtəsində olduğunu xəbər verən 5 əlaməti qeyd edir. Və bildirirlər ki, əgər tərəflər zamanında bu əlamətlərə diqqət etmiş olsalar, ya onları düzəltməyə çalışar, ya da münasibətlərinin artıq davam edə bilməyəcəyini anlayıb xoşluqla ayrıla bilər. Bunun üçün sadəcə, tərəf-müqabilin davranışlarına diqqət etmək lazımdır. Davranışlar münasibətlərin gələcəyi barədə xəbərdarlıq edir. Əlamətlər bunlardır. Birincisi, tərəf-müqabiliniz mütəmadi sizi tənqid edir və bunu sizə hörmət qoymadan, inciyə biləcəyinizi düşünmədən, buna əhəmiyyət vermədən edirsə, təhlükə qapıdadır. İkincisi, əgər siz özünüzü daha ağıllı, daha bilikli hesab edib, bunu tərəf-müqabilinin üzünə vurursunuzsa, duyğularını görməzdən gəlirsinizsə, ayrılacağınız ehtimalı böyükdür. Üçüncüsü, bir insan digəri ilə münasibətlərini davam etdirməkdə israrlıdırsa, qarşı tərəfin də münasibətləri davam etdirmək istəyində olduğunu bilməlidir. Çünki birtərəfli çabalar ancaq uğursuzluq gətirə bilər. Birtərəfli istək, birinin davamlı əsəbi olmasına, digərininsə bezməsinə səbəb olacaq. Dördüncüsü, tərəflər arasındakı fikir ayrılığıdır. Münasibətlərin nə dərəcədə möhkəm olmasını fikir ayrılıqları yaranan zaman tərəflərdən birinin digərinə güzəştə getməsi deyil, hər iki tərəfin fərqli fikirləri, fərqli mövqeyi qəbul etməsi, anlayışla qarşılamasıdır. Tərəflər arasındakı münasibətlər birinin alçalmasına, digərinin yüksəlməsinə deyil, qarşılıqlı şəkildə yüksəlişə səbəb olmalıdır. Beşinci önəmli əlamət isə tərəf-müqabili isə fiziki bağlantının arzu olunmamasıdır. Əgər tərəf-müqabilinizə qarşı fiziki yaxınlıq hiss etmirsinizsə, belə bir arzunuz yoxdursa, münasibətləri davam etdirməyə dəyməz. Bu əlamət münasibətlərin anormal gedişatından xəbər verir.