Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb.
Bunu “Trend”ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli “Sherg.az”a söyləyib ki, 60, 80, 90 manat civarında parkinq qiyməti olar?:
"Bu qiymətləri onu göstərir ki, vətəndaşlar maşınlarını heç bir yerdə saxlamasınlar. Bunun əvəzinə löhvə quraşdırılsın ki, burada dayanmaq qadağandır. Ən yüksək xidmət göstərən havalimanlarında belə, sutkalıq nəqliyyat vasitəsinin saxlanması üçün maksimum 15 manat təyin olunub. Burada guya, məqsəd ondan ibarətdir ki, paytaxtdakı tıxac problemi aradan qaldırılsın. Düşünürəm ki, bu metod özünü doğurultmayacaq. Sadacə olaraq verilmiş statistika havadan götürülmüş rəqəmlərdir və heç bir iqtisadi-sosial əsaslandırılması yoxdur. Şəhərin müəyyən əraziləri konkret kateqoriyyalara bölünüb. Ona əsasən də Bakı İcra Hakimiyyəti tərəfindən bir saat üçün parkinqin qiymətləndirilməsi həyata keçirilir. Ancaq hər nazirliyin özü üçün xüsusi yer ayırıb qiymət müəyyənləşdirirməsi qanuna uyğun hesab olunmur. Çünki bütün ərazilər Bakı Şəhər İcra Hakimiyyətinin və bələdiyyələrin ərazisidir. Bu məkanlar nazirlik sturukturlarının dədələrinin yeri deyil və bir mənalı şəkildə qanun pozuntusudur".
İqtisadçı ekspert, Natiq Cəfərli isə bildirib ki, son zamanlar “Davosun Azərbaycan uşaqları” avtomobil, parkinq məsələsində ciddi aktivləşiblər:
"Ard-ardına absurd qərarlar qəbul edərək bunu cəlbedici şüarlarla ört-basdır edirlər. Əslində onların dərdi insanlar deyil. Onlar məhz insansız şəhər, insansız dünya istəyirlər. Arzulayırlar ki, əhali artmasın, insan hər addımda asılı vəziyyətə düşsün, öz kimliyini və azadlığını könüllü şəkildə təhvil versin. Qış parkını da, yeraltı dayanacağı da dövlət tikib, vətəndaşın pulu, vergiləri ilə inşa edilib və AYNA adlı bir quruma veriblər. Onlar da istədikləri tarifi müəyyən edir. Yəni, mənim pulumla tikilən dayanacaqdan, məndən pul almaqla qazanırlar. Ora özəl sektorun investisiyası ilə tikilməyib, ölkədə kommunal xidmətlərin qiyməti artmayıb. Bəs, nə baş verib ki, AYNA özündən qiymət icad edir?! AYNA-nın rəhbərliyi bizdən pul yığır ki, minlərlə manat maaş, mükafat alsın, özlərinə xarici səfərlər təşkil etsinlər?! Yüz dəfə demişik ki, vətəndaş olaraq parkinqə pul verməyə hazırıq, amma o vəsaiti vətəndaşın seçdiyi Mer institutuna ödəyək. Seçkili Mer institutu yaransın, şəhər təsərrüfatı ayrı-ayrı qalstuklu qlamur müəllimlərin deyil də, vətəndaşın seçdiyi orqan, Böyük Şəhər Bələdiyyəsinin əlində olsun. Biz də bilək ki, pulu kimə və niyə ödəyirik".