Azərbaycanda istehsal ili 8 ildən çox olan “Toyota Prius”ların kütləvi satışına başlanılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub.
Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək.
Bu da ölkəmizdə taksi fəaliyyəti ilə kütləvi məşğul olan “Prius” markalı avtomobillərin qiymətinin enməsinə və satılmasına səbəb olub.
Belə ki, əvvəllər qiyməti 12 000 - 15 000 manat arası dəyişən “Prius” markalı avtomobillər alıcılara 10 000 - 10 500 manat arası təklif olunur.
Məsələni dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, bu prossesə 2024-cü ilin iyulun 1-dan başlanılacaq:
"Müvafiq qərararla ili 15 yaşdan yuxarı avtomobillərin taksi fəaliyyəti üçün lisenziyalar verilməyəcək. Lakin qərarı yanlış anlayanlar var. Belə ki, qayda yalnız "Prius" markasına şamil olunmur. Həmçinin, istehsal ili 8 yaşdan yuxarı olan maşınların istifadəsinə hansısa məhdudiyyət yoxdur. Qeyd edim ki, ölkəyə gətirilən avtomobillərin əksəriyyəti demək olar ki, yeni maşınlardı. Təbii ki, bu vəziyyətdən sui-istifadə edən alverçilərə də rast gəlinəcək. Avtomobili baha qiymətə satmaq istəyən alverçi yenə də satacaq. Həmçinin, qiymət öldürməyə çalışan alverçilər də olacaq. Məsələn, 16 minlik "Prius"u 10 minə əldə etməyə çalışacaqlar".