Bu gün təxminən 60 mindən artıq işləyən pensiyaçımız var.
Bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir deyib ki, bu rəqəm getdikcə artacaq:
“Nəzərə alaq ki, əhalimiz işləməyə daha çox meyillidir. Pensiyaya çıxdıqdan sonra da işləyən vətəndaşlarımız var. Onlar 6 il işlədikdən sonra topladıqları kapital hər il indeksasiya olunaraq pensiyalarının üzərinə gələcək. Bu gün bu, müraciət əsasında həyata keçirilir. Lakin bu ilin sonuna qədər bunun proaktiv qaydada həyata keçirilməsi planlaşdırılır”.