Yeni enerji mənbələri: Qiymətlərinin aşağı düşməsi gözlənilir?

Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Həmçinin Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib

 İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, enerji Qiymətlərinin aşağı düşməsi gözlənilmir:

“Külək və günəş enerjisi daha ucuz deyil ki, qiymətlər aşağı düşsün. Stansiyaların qurulması, enerjinin istehsalına çəkilən xərclər böyük vəsait tələb edir. Kommunal xidmətlərin hər hansı birinin aşağı düşməsini gələcək zamanda gözləmirəm. Azərbaycan özü elektrik enerjisi ixracına başlamağı planlaşdırır. 2022-ci ilin dekabrında Avropa komissiyasının iştirakı ilə Ruminiya-Macarıstan-Gürcüstan dördlü memorandum imzaladı ki,  Qara dəniz dibi ilə gələcəkdə 4 Gv-lik elektrik enerjisi ixracı kabel xətti çəkilsin. Azərbaycan infrastrukturu inkişaf edəndən sonra elektrik enerjisisni xaricə, Avropaya və ilkin mərhələdə Ruminiya-Macarıstana ixrac etməyi planlaşdırır. Hazırda biz elektrik enerjisi ixrac edirik. Əsasən ixracımız Gürcüstana yönəlir. Həmçinin ixracı Türkiyəyədə genişləndirməyi planlaşdırırıq. Neft və qaz erası davam edir. Sadəcə elektrik enerjisini külək və günəşdən alanda daha çox qazı Cənub-qaz dəhlizi vasitəsilə xaricə sata biləcəyik”.