Son illər ailə institutunun ən vacib sosial problemlərindən olan boşanma hallarının sayının çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub.
Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Yerli icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 2023‐ci ildə Bakının 12 rayonu üzrə 26822 (2022‐ci ildə 26463), Azərbaycanın bölgələri üzrə 64374 (2022‐ci ildə 58157) aliment ödəyicisi var. 2022‐ci illə müqayisədə aliment ödəyicilərinin sayı artıb. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecik məsinə səbəb olur.