Evdə doğuş aparan şəxslər/tibb işçiləri üçün cəza tədbirlərinin müəyyən edilməsi təklif olunur.
Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Dövlət Komitəsi təcili tibbi yardıma xəbər vermədən, yaxud, bu halı mütəmadi olaraq həyata keçirən (iş xarakterli) evdə doğuş aparan şəxslər/tibb işçiləri üçün cəza tədbirlərinin müəyyən edilməsini vacib sayıb.
Təkliflər sırasında ev və stasionardan kənarda baş verən doğuşlarda sənədləşmə qaydalarına dair təlimatın hazırlanması və tətbiqi, Səhiyyə Nazirliyinin Statistika İdarəsi tərəfindən ev doğuşları və stasionardan kənar doğuşların anaların yaş qrupları üzrə bölgüsünün aparılması, uşaq evlilikləri, eləcə də ev doğuşları ilə bağlı tədqiqatların aparılması, xüsusi metodika əsasında yayılma göstəricilərinin müəyyən edilməsi də yer alıb.