Psixoloq: Ananın azyaşlı qızını qeyri- etik davranışlara sövq etməsi normal hal deyil

Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana ilə bağlı hazırda təhqiqat araşdırması aparılır.
APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, azyaşlı sığınacağa yerləşdirilib.

Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırırlması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilib, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib.
Ana ilə bağlı araşdırma davam edir.
Maraqlıdır, sosyal şəbəkədə bir ana öz qızının qeyri-etik foto və videolarını yaymaqda məqsədi nədir? 

Hadisəyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a deyib ki, belə hadisə ilə ilk dəfədir qarşılaşmır:

"Təəssüf ki, cəmiyyətdə bu cür insanlar var. Qadının sosyal şəbəkədə azyaşlı qızının qeyri-etik videolarını paylaşması onun psixoji vəziyyətinin normal olmadığından xəbər verir. Bəzi qadınlar cinsi təlabatını ödəmək üçün belə addımlar atırlar. Bunu qarşıdakı əks cinsə nümayiş etdirmək üçün etik olmayan fotolarını və videolarını paylaşırlar. Normal insan belə hərəkət etməz. Həmin qadının təcili müalicəyə ehtiyacı var. Qız uşağının həmin ana ilə yaşaması gələcək həyatına təhlükə yaradır. Ona görə də azyaşlının həyatını qurtarmaq üçün onu anasının əlindən almaq daha məqsədəuyğundur''.

Psixoloq-konsultant Zeynəb Əyyubova isə bildirib ki, müasir dövrdə cəmiyyətdəki insanlar populyar olmaq, rahat pul qazanmaq və yaşamaq üçün mütləq bu tip addımlar atmalı olduğunu düşünür:
''Həmin qadını yoxlamadan keçirtmədiyimə görə, onun psixoloji problemli biri olduğunu demək doğru olmaz. Lakin bir ananın azyaşlı qızını qeyri- etik davranışlara sövq etməsi və bunu sosyal şəbəkədə paylaşması, normal hal deyil. Belə hərəkətlərə əl atan şəxslərin psixoloqa müraciət etməsi məsləhətdir. Təəssüf ki, Azərbaycanda son zamanlar asan pul qazanmağın yolu kimi sosyal şəbəkələr göstərilir. Əksəriyyət sosyal şəbəkədə fonomen olsam, lüks həyat yaşayacam deyə, bir düşüncəyə sahibdir".