Marketoloq: Uşaq geyimlərinin qiymətinin üzərinə 2-3 dəfə artıq qoyub vətəndaşlara satırlar

Bir çox ticarət mərkəzlərində uşaq geyimlərinin qiyməti yüksəkdir. Hətta, valideynlər də mövcud vəziyyətdən şikayətçidirlər. Onların sözlərinə görə, bu qiymətlər böyüklərin geyimlərinin qiymətlərindən də yuxarı təklif olunur. Görəsən, uşaq geyimlərinin baha olmasının səbəbi nədir?

Məsələ ilə bağlı “Sherg.az”a danışan marketoloq Nicat Manafov söyləyib ki, bu nüans daha çox toplumun düşüncəsi ilə bağlıdır:

''Belə ki, Azərbaycanda insanlar qazandıqları pulları özlərinə qıymadıqları halda övladlarına rahatlıqla xərcləyirlər. Fürsətdən istifadə edən satıcılar uşaq geyimlərinin qiymətinin üzərinə 2-3 dəfə artıq qoyub vətəndaşlara satırlar. Onlar anlayırlar ki, valideynlər uşaqlarına keyfiyyətli və bahalı geyim alacaqlar. Bu məntiqlə də xaricdən ucuz qiymətə gətirilən malları şişirdilmiş qiymətə satışa qoyurlar. Təbii ki, istehlakçılar uşaqları onları nəyisə almaqda məcbur etsə belə, alış-veriş etmədən öncə,mütləq qiymət araşdırması olmalıdır. Bəzən məhsulun vitrindəki ilə internetdəki qiyməti arasında 2-3 dəfədən çox fərq müşahidə edilir. Lakin utmayaq ki, geyimlərin də uşağınızın sağlamlığına böyük təsiri var. Xüsusilə, onlayn usaq geyimleri sifariş edərkən alacağınız geyimləri diqqətli araşdırın. Bir sözlə, yeni usaq geyimleri seçərkən, uşağınızın dəri sağlamlığını nəzərə alaraq alış-veriş etməyə çalışın.".