Mütəmadi olaraq vətəndaşlara fərqli banklardan aşağı faizlərlə kredit təklif olunur. Bu, onlara ya mesaj kimi göndərilir, ya da reklam formasında qarşılarına çıxır. Lakin banka üz tutan müştərilər daha fərqli mənzərə ilə qarşılaşırlar. Xezerxeber.az-ın məlumatına görə, bu zaman onlara ya təklif olunandan daha yüksək faizlə kredit, ya da ümumiyyətlə imtina edilir. Kreditin faizi həmin bankın maliyyə imkanlarına çıxışın göstəricilərindən biri hesab olunur.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqalamasında bildirib ki, banklar bu məsələdə planla və bic hərəkət edirlər:
''Yəni, onlar vətandaşlara mesaj göndərərkən "bu faizdən başlayaraq" ifadəsini işlədirlər. Ona görə də vətəndaşlar reklamda təklif olunan şərtlərə diqqətlə qulaq asmalıdırlar. Bəzi hallarda isə insanları banka dəvət edirlər. Lakin onlara kreditin şərtləri barədə heç bir məlumat vermirlər. Bu halda vətəndaş bankdan heç bir şikayyət edə bilməz. Əgər müştəriyə birmənalı şəkildə kredit və faizlə bağlı bilgi verib sözünə əməl etmirsə, vəziyyət dəyişir. Bu artıq yalan reklam sayılır. Aldadılan vətandaşın Mərkəzi Banka şikayyət etmə haqqı var".