Azərbaycan yeni milli dövlətçilik ənənələrinin formalaşmasında bir sıra addımlar atıb.
“Sherg.az” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Abiddin Hüseynov bildirib ki, seçkilərə artıq 2 aydan az vaxt qalıb: “Qarşımızda mühüm vəzifələr durur. Azərbaycanda bütün məhkumların səsvermə hüquqi tanınır”.
O bildirib ki, Ədliyyə Nazirliyi seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesində iştirak edir: “Əhalinin reyestrində olan məlumatlar MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olur. Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır. Bundan əvvəl bu kimi hallardan süni istifadə etmək istəyənlər olurdu”.