Laçındakı tekstil emalı fabrikinin bu ilin sonunadək işə düşəcəyi gözlənilir.

Laçında açılışı nəzərdə tutulan tekstil emalı fabrikinin bu ilin sonunadək işə düşəcəyi gözlənilir.
 "Sherg.az" - xəbər verir ki, bunu jurnalistlərə "Bakı Abadlıq Xidməti" MMC-nin direktor müavini Nəsimi Əsədov açıqlayıb.
Onun sözlərinə görə, haqqında bəhs olunan fabrikdə Laçın sakini olan 100-ə yaxın qadın işlə təmin olunacaq:
"Bu, bizim öncül məqsədlərimizdən biridir. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Laçın şəhərində yaxın gələcəkdə bir neçə sənaye müəssisəsinin işə başlaması planlaşdırılır".