Azərbaycan əhalisinin gəlirləri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 39 milyard 881,2 milyon manat təşkil edib.

Sherg.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,8% artaraq 3 913,5 manata çatıb.