İqtisadçı: Maaşlarda böyük məbləğdə artım... -ŞOK PROQNOZ

İctimaiyyət arasında hər il müəyyən edilən minimum əmək haqqının məbləği maraq doğurur. Bu məbləğ qanunla müəyyən olunduğu üçün işəgötürənlər işçilərinə bu məbləğdən az maaş verə bilməzlər.
Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manata, minimum pensiya 280 manata çatıb. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bir daha bu məsələyə toxunaraq müəyyən məqamları diqqətə çatdırdı. 
Minimum əməkhaqlarının nə vaxt artırılması gözlənilir? Artımın nə qədər olacağını güman edilir?

Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, böyük ehtimalla minimum əməkhaqqı yeni büdcə qəbul olunarkən artırılacaq:

''Düşünürəm ki, qərar yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Çünki yeni parlament təzə formalaşacaq və oktyabrda sessiyalara başlayacaq. Onlar bunu yaxın vaxtlarda çatdıra bilməyəcəklər. Bir sözlə 2025-ci ilin büdcəsi qəbul olunarkən minimum əməkhaqqı ilə bağlı qərar qəbul oluna bilər. Lakin maaşlarda böyük məbləğdə artımın olacağını düşünmürəm. Ən yaxşı halda əməkhaqlarında 10 faiz civarında artımın olacağı gözlənilir".