13 yaşlı yeniyetmə Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı uşaq evindən qaçıb.
Oxu.Az xəbər verir ki, Ramal adlı yeniyetmə ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində uşaq evi haqqında ittihamlar səsləndirib.
O qeyd edib ki, 8 gündür küçələrdə yaşayır. Buna səbəb isə müəllimlərin onları söyməsi, tapşırıq verərək uşaq evindəki digər uşaqlar tərəfindən döydürməsidir.
Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır. O da belə şeylər edir", - deyə Ramal qeyd edib.