Ekspert: Dövlət dəstəyi varsa, güzəştlər tədbiq edilə bilər

Artıq yeni tədris ilinin başlamasına çox az qalıb və bu ərəfələrdə şagird və tələbələrin nəqliyyat vasitələrindən güzəştli istifadə etməsi ilə bağlı təkliflər səsləndirilir. 
Bəs Azərbaycanda bunu reallaşdırmaq nə dərəcədə mümkündür? 
Dünya təcrübəsində bu məsələ necə tənzimlənir? 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, gediş haqqı ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir:

“Bakı-Sumqayıt dəmir yolunda gediş haqqı ilə bağlı müəyyən addımlar atılır. Ümumiyyətlə qiymətin dəyəri və tətbiq ediləcək güzəştlərlə bağlı hər zaman fikirlər bildiririk. Daha öncə də qazi, şəhid ailələri, müəllimlər, tələbələr və digər peşə sahiblərinə güzəştlərin tədbiq edilməsinin arzuolunan olduğunu vurğulamışam. Hər bir vətəndaş istəyər ki, bu güzəştlər tətbiq edilsin. Amma bilirik ki, sözügedən sahə dotasiya ilə işləyir. Yəni sərnişin daşıma sahəsi gəlirli sahə deyil. Dövlətin dəstəyi olmasa bu sahə özbaşına fəliyyət göstərə bilməz. Qeyd etdiyimiz güzəştləri tətbiq etməklə isə həmin vəziyyəti ağırlaşdıra bilərik. Lakin dövlət dəstəyi varsa, güzəştlər tədbiq edilə bilər. Bu cür güzəştlər tətbiq edilsə daha uyğun olar. Düşünürəm ki,  məsələ ilə bağlı yaxın zamanlarda müəyyən qərar qəbul ediləcək”.