Ailə institunun məhvi: Kişilərin qadınlara qarşı maraqları niyə itir?

Alimlər son 12 ildə iki cins arasında maraq və münasibətlərdə baş verən dəyişiklikləri qeydə alırlar.
Bakupost.az xəbər verir ki, məlum olub ki, kişilər getdikcə qadınlara intim marağı itirir.
Onların fikrincə, qadınlara qarşı laqeydliyin və cinslər arasında fərqin olmayacağı gün uzaqda deyil.
Seksopatoloq Yan Kertis bildirir ki, XX əsrə nisbətdə XXI əsrdə qadınlar və kişilər intim münasibətdə 2 dəfə az olur. 
Marağın və həvəsin azalmasında əsas rol qəribədir ki, qadınlara yox, kişilərə məxsusdur.
Alimlər bunun səbəbini fizioloji zəiflik, stress, erkən yaşda ürək-damar problemləri, karyera və psixoloji dəyərsizliyi göstərir.
Britaniyalı alim bildirir ki, evli cütlüklər evdə, istirahətdə intim və nəvaziş yox, telefon və sosial şəbəkələrə meyl edir.
Bu templə davam etsə, yaxın 15 ildə intim insanları qətiyyən maraqlandırmayacaq.


  Psixoloq Sevinc Baxışova “Sherg.az”a söyləyib ki, problemsiz ailə yoxdur:

“Cütlüklərin bir-birlərini anlamaması, ortaq məxrəcə gələ bilməmələri, digərinin müəyyən qərarlarına hörmətlə yanaşmamaları, birlikdə vaxt keçirməmələri, sosial şəbəkələrə meyilli olmaqları, ailədəki problemləri uşaqlara da yansıtmaları sonda, boşanma prosesinin təməlini qoyur. Lakin bu problemlər fonunda hər bir cütlük boşanmaq üçün məhkəməyə müraciət etsə, ailə institutu tamamilə məhv olar. Ümumiyyətlə ilə həyatında əsas olan problemlərin həllinə birgə əmək sərf etmək, biri-birinə dəstək olmaq və əsla qarşıdakı insana hörmət etməkdən vazgeçməməkdir. Sakit ailə mühiti üçün əmək vermək, səbr etmək və ailə üzvlərini mənimsəmək lazımdır. Həmçinin ailə üzvlərinin qərarlarını anlamaq, lazım olduğu və istədikləri təqdirdə məsləhət vermək, nə olursa olsun hər zaman onların yanında olacağınızı hiss etdirmək də olduqca önəmli faktordur. Ailənin təməlini möhkəmlətmək üçün isə yaxşı ünsiyyət, birlikdə keyfiyyətli zaman keçirtmək, məsuliyyəti paylaşmaq, problemləri açıq-aydın müzakirə etmək lazımdır. Son zamanlar boşanan cütlüklərin əksəriyyəti bunun səbəbini xarakter uyğunsuzluğu və ailədə hüzurlu mühitin qalmaması ilə əlaqələndirirlər. Bunun da səbəbi sosial şəbəkələrin gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmasıdır. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə edilisin. Bunun üçün gənclərimizin sözügedən sahədə maarifləndirilməsi şərtdir. Ailədə hüzuru qorumaq kənar şəxslərin deyil, elə ailə üzvlərinin özlərindən asılıdı. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, ailə institutuna, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur”.