Sosioloq: Vergi ilə evlənməyə cəlb etmək olar, nəsil artırmağa yox

Türkiyədə ailə qurmayan 30 yaşdan yuxarı şəxslər dövlətə vergi ödəyəcəklər.
 Milli.az-a istinadən xəbər verir ki, bu barədə qanun layihəsi "TBMM"nə göndərilib.
Bu, gəncləri evliliyə təşviq etməklə əlaqələndirilir. 
Sözügedən mövzu Azərbaycanda da geniş müzakirələrə səbəb olub.


Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bu cür vergi və cərimə tətbiq edən zaman birinci ona alt zəmin hazırlamaq lazımdır:

“Yəni bir şəxs bütün təminatları həyata keçirildikdən sonra kefi olaraq evlənmirsə, artıq vergiyə cəlb oluna bilər. Çünki dövlətin demoqrafik vəziyyətində hər bir vətəndaşın öhdəliyi var. Kütləvi olaraq biz bu öhdəlikdən imtina ediriksə, o deməkdir ki, dövlətin genefondunda təhlükələr yaranacaq. Yəni əhali sayında azalmalara gedəcik. Lakin heç bir təminat etməyib, vergiyə tabe edilmək insan haqqlarının pozulması deməkdir. Əgər mənim normal işim, evim və aylıq gəlirim yoxdursa, evlənmək barədə düşünmək qaranlıq məsələdir. Gənclərin əksəriyyəti öz xərclərini ödəmək iqtidarında deyil. Çünki maaşları azdır. Aldıqları maaş isə kirayə və güzəran xərclərinə gedir. Bu səbəblə də özlərini ailə saxlamaq iqtidarında görmürlər. Əsas məsələ toydan sonra başlayır. Evi yoxdursa, kirayə, uşaqların təhsili, sağlamlığı  və digər xərcləri özünü büruzə verməyə başlayır. Əslində toy etməyib, sadə nikahla da kifayətlənmək olar. Bunlar üçün dövlət öz dəstəyini göstərmirsə, o zaman vergi məsələsi də absurddur. Elə şərait yaratmaq lazımdır ki, gənclərin təminatı qaydasında olsun və könüllü olaraq ailə qurmağa, nəsil artırmağa meyil etsinlər. Vergi ilə evlənməyə cəlb etmək olar, nəsil artırmağa deyil”.