"Məktəblərdə hüquq-mühafizə orqanları ilə birlikdə yuxarı sinif şagirdləri və valideynlərlə mütəmadi görüşlər keçirilir".
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, məqsəd məktəblilərin cinayət əməllərindən uzaqlaşdırılmasıdır: "Xüsusən də, oğlanlar arasında görüşlərin keçirilməsinə əhəmiyyət veririk. Amma məktəblərdə üstündə soyuq silah gəzdirən şagirdləri aşkarlamaq üçün metal detektorları almaq kimi bir plan yoxdur", - deyə o qeyd edib.