"60 yaşlı müəllimlərin sertifikatlaşdırma prosesində iştirakı könüllüdür. Bundan aşağı yaşlarda bir müəllim sertifikatlaşdırma imtahanlarında iştirak etmirsə, kəsilmiş hesab edilir.
Sherg.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"65 yaşdan sonra bir müəllimə ciddi ehtiyac varsa, işdə qala bilər. Bunun əsas göstəricisi də sertifikatlaşdırma imtahanıdır.
İmtahanda yüksək nəticə göstərməlidir ki, müqavilə müddətini uzadaq" , - deyə o qeyd edib.