Rəşad Məcid: Yeni ingilisdilli telekanalın fəaliyyətə başlaması ölkə teleməkanı üçün mühüm hadisədir
12:54 04.11.2024
Media
1028
ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması ölkəmizin teleməkanı üçün mühüm hadisədir.
APA xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
“Həm bu hadisəni, həm də dəyərli həmkarımız Rüfət Həmzəyevin telekanala rəhbərlik etməsini yüksək qiymətləndirirəm”, - o qeyd edib.
Yeni telekanalda yüksək səviyyəli komandanın formalaşdırıldığını vurğulayan Rəşad Məcid müxtəlif vaxtlarda ayrı-ayrı xarici ölkələrdə, xüsusən də Orta Asiya respublikalarında ingilis dilində telekanalların fəaliyyət göstərdiyini və bu tipli media subyektlərinin ölkəmizdə olmasını çox arzuladığını qeyd edib: “Sevindirici haldır ki, artıq bizdə də bilavasitə ingilis dilində yayımlanacaq TV kanalı olacaq”.
Mətbuat Şurasının sədri diqqətə çatdırıb ki, hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası aparılmaqdadır: “İnformasiya müharibəsi günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyev də çıxışlarında bu məqama dəfələrlə toxunub, müxtəlif detalları müfəssəl şəkildə açıqlayıb, saxta xəbərlərlə, insinuasiyalarla mübarizənin zəruriliyini əsaslandırıb. Dövlətimizin başçısı çıxışlarında, həmçinin, jurnalistlərin xarici dil biliklərinin artırılmasına da böyük önəm verdiyini bildirib. Heç şübhəsiz, bu, informasiya təhlükəsizliyimizin təminatı baxımından vacib amildir. Hesab edirəm ki, yeni ingilisdilli telekanal bu baxımdan müstəsna rol oynayacaq, qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Əminəm ki, belə bir media orqanının fəaliyyətə başlaması, ümumən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi xüsusunda da öz sözünü deyəcək.
Yeni yaranan kanalın rəhbərliyinə və kollektivinə çətin, məsuliyyətli yolda uğurlar arzulayıram. İnanıram ki, onlar bu etimadı yüksək səviyyədə doğruldacaq, ANEWZ-u beynəlxalq miqyasda tanınan, etibarlı media subyekti kimi təsdiqləməyi bacaracaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya