Gürcüstanda azərbaycanlıların ölümünə səbəb olan şəxs həbs edildi
Yusif Nəzərli
16:50 01.01.2025
Hadisə
414
Gürcüstanın Baş Prokurorluğu Bolnisidə iki azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələnən qəzanı törətmiş şəxsə qarşı ittiham irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
İstintaqla müəyyən edilib ki, dekabrın 30-da Bolnisi rayonunda avtomobili idarə edən şəxs ehtiyatsızlıq göstərib, nəqliyyat vasitəsinin təhlükəsiz idarəsini təmin edə bilməyərək iki yeniyetmə ilə toqquşub. Nəticədə həmin şəxslər aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
“İttiham olunan şəxs elə həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin iki nəfərin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi üzrə ittiham irəli sürülüb. Baş Prokurorluğun vəsatəti ilə məhkəmə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçib. Cinayət işinin istintaqı davam etdirilir”, - məlumatda deyilir.
Qeyd edək ki, Bolnisi rayonunun soydaşlarımızın yaşadığı Naxiduri (Arıxlı) kəndində baş vermiş avtoqəzada 15-16 yaşlı Elçin Binnətov və Sinan Şərifov dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə