Milli Məclisdə ilkin səhiyyə xidmətinin mövcud vəziyyəti müzakirə ediləcək.
APA xəbər verir ki, parlamentin Səhiyyə komitəsinin 30 yanvarda keçiriləcək iclasının gündəliyinə "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmə daxil edilib.