Politoloq: Zelenskinin tələblərinin heç bir perspektivi görünmür
10:13 04.03.2025
Dünya
553
Ukrayna müharibənin davam etməsini və ya özünün təhlükəsizliyinə təminat istəyirsə, ABŞ ilə münasibətlərini yenidən bərpa etməlidir
Ukrayna Prezidenti Volodimir Zelenski etibarlı təhlükəsizlik zəmanəti olmadan atəşkəsin mümkünsüz olduğunu deyib. Onun sözlərinə görə, “insanların etimad göstərəcəyi etibarlı təhlükəsizlik təminatları” olmadan müharibənin sona çatması qeyri-mümkündür.
Zelenski, həmçinin, Böyük Britaniya və Fransanın enerji obyektlərində bir ay müddətinə tətillərə moratorium qoymaq təklifindən xəbərdar olduğunu bildirib, amma bu məsələ ilə bağlı konkret münasibət bildirməyib.
Daha əvvəl isə Londonda Zelenski Qərb qoşunlarının Ukraynada olmasının təhlükəsizliyin təminatı olaraq qəbul edilə biləcəyini qeyd edib. O, Qərb qoşunlarının “dənizdə, quruda və səmada” mövcudluğunun təhlükəsizlik zəmanəti kimi görülə biləcəyini vurğulayıb.
Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə “Sherg.az"a açıqlamasında deyib ki, bir neçə gün bundan öncə Ağ Evdə Trampla Zelenski arasında gərgin keçən görüşdən sonra ABŞ-nin Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqeyi konkret bəlli oldu. Elə həmin görüşdən dərhal sonra Amerika Dövlət Departamenti Ukraynaya müharibə ilə bağlı bütün yardımları dayandırdıqlarını bəyan etdilər:
“Amerikanın dəstəkdən imtinasından sonra Londonda Ukraynaya kömək üçün “Avropa sammiti” keçirildi. Müzakirələrdən görünür ki, Avropanın Ukraynaya müharibə aparmaq üçün dəstək vermək imkanları yoxdur. Məsələ ancaq müharibə ilə bağlı atəşkəs razılaşması əldə edildikdən sonra atılacaq addımları özündə əks etdirir. Avropa ölkələrinin əsas narahatlığı atəşkəsdən sonra Rusiyanın hərəkətləri və ona Tramp hakimiyyətinin reaksiyasının necə olacağıdır. Yəni Avropa ölkələri Ukraynadan çox özlərinin gələcək taleyi ilə bağlı qorxu içindədirlər. Ona görə ki, bu zamana kimi Amerika onların təhlükəsizlik qarantı olub. Lakin Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin İkinci Dünya müharibəsindən sonra formalaşan xarici və daxili siyasətini dəyişməyə çalışır. Tramp həm daxili siyasətə, həm də beynəlxalq münasibətlərə biznes prinsipi ilə yanaşır. Ona görə çox gözəl bilir ki, indiki məqamda Avropa ölkələrinin Amerika ilə əməkdaşlıq etməkdən başqa çıxış yolları yoxdur. Ona görə məcbur şəkildə onun tələbləri ilə razılaşaraq NATO-nun büdcəsinin formalaşmasında əlavə ödənişləri edəcəklər”.
Politoloqun sözlərinə görə, atəşkəsdən sonra Avropa silahlı qüvvələrinin Ukraynada yerləşdiriləcəyi məsələsində də hələ ki qaranlıq məqamlar çoxdur:
“Rusiya–Ukrayna müharibəsi zonası indi min kilometrə yaxındır. Eyni zamanda, Ukrayna–Belarus sərhədini də əlavə etdikdə ümumi uzunluq üç min kilometrdən çox olur. Bu qədər əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün iki yüz minə qədər hərbiçi lazımdır. İndiki məqamda Avropa İttifaqına daxil olan ölkələrin özündə hərbiçi qıtlığı var. Böyük Britaniyanın hərbiçi sayı 70 minə yaxındır. Əlbəttə ki, həmin ölkələr bütün silahlı qüvvələrini Ukraynaya yerləşdirməyi düşünmürlər. Həmçinin, həmin hərbi qüvvələri silah və digər təzhizatla da təmin etmək gərəkəcək. Yəni bütün bunlar Amerikasız mümkün görünmür.
Tramp demiş, Zelenskinin əlində kart yoxdur. Avropa İttifaqının da onu təhlükəsizliyinə uzunmüddətli təminat verəcəyi imkanları mövcud deyil”.
Y.Hacızadənin fikrincə, müharibənin əsas təchizatçısı olan Amerika müharibənin dayanmasını istəyir və daha çox Putinin mövqeyindən çıxış edir:
“Putin də müharibə ilə bağlı danışıqlarda Amerikanı tərəf kimi görür. Çünki atəşkəs razılaşmasından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyaların götürülməsini istəyir. Bu da Amerikasız mümkün deyil.
Ukrayna müharibənin davam etməsini və ya özünün təhlükəsizliyinə təminat istəyirsə, ABŞ ilə münasibətlərini yenidən bərpa etməlidir. Ukraynanın tələblərinin heç bir perspektivi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət