Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülüb.

***
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
APA-nın xəbərinə görə, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.